Anakara və Vaşinqton arasında əldə olunan razılaşmalara əsasən Türkiyə ordusu Suriyanın Menbiç şəhərinə daxil olub. Anakara və Vaşinqton arasında əldə olunan razılaşmalara əsasən Türkiyə ordusu Suriyanın Menbiç şəhərinə daxil olub.

Türkiyə ordusu Menbiçə daxil olub - Yenilənib

Anakara və Vaşinqton arasında əldə olunan razılaşmalara əsasən Türkiyə ordusu Suriyanın Menbiç şəhərinə daxil olub.

Trend-in məlumatına görə, Sacur çayında yerləşən Türkiyə ordusu bölgədə ABŞ qüvvələri ilə birgə əməliyyatlara başlayıblar.

Qeyd edək ki, bir qədər əvvəl baş nazir Binəli Yıldırım ABŞ-la Türkiyə arasında 90 günlük razılaşmanın əldə olunduğunu açıqlamışdı. Razılaşma Menbiçdən PYD və YPG silahlılarının təmizlənməsini nəzərdə tutur.

***
16:21

Türkiyə hərbçiləri Suriyanın şimalındakı Menbiç şəhərinin kənarına doğru irəliləyib.

APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb. Türk hərbi qüvvələrinin ABŞ-la razılaşma çərçivəsində Menbiçin kənar məhəllələrinə daxil olduğu xəbər verilir.

Qeyd edək ki, Menbiç PKK terror təşkilatının Suriya qolu PYD-YPG qruplaşmasının nəzarətində idi. Ərazidə ABŞ hərbi kontingenti də var. Türkiyə və ABŞ arasında əldə olunan razılığa əsasən PYD-YPG qüvvələri bölgədən çıxarılacaq və ərazidə iki müttəfiq ölkənin hərbçiləri keşik çəkəcək. Daha sonra ABŞ və Türkiyə Menbiçdə yerli idarəetmə orqanlarını formalaşdıracaq.

AzNews.az