Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyada keçirilən aksiyalarda xəsarət alanların sayı 17-ə çatıb. Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyada keçirilən aksiyalarda xəsarət alanların sayı 17-ə çatıb.

Makedoniyada etirazlarda xəsarət alanların sayı 17-ə çatdı

Makedoniyanın adının dəyişdirilməsinə etiraz olaraq paytaxt Skopyada keçirilən aksiyalarda xəsarət alanların sayı 17-ə çatıb.

Trend-in məlumatına görə, 26 aksiya iştirakçısı saxlanılıb.

Ölkənin daxili işlər nazirliyinin yaydığı məlumata görə, parlament binası qarşısında keçirilən etirazlarda toqquşmalar zamanı 7 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, dünən Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.

Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən artıqdır ki davam edir və bu ziddiyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olur. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edir.

AzNews.az