İndoneziyada bərənin batması nəticəsində 128 nəfər itkin düşüb İndoneziyada bərənin batması nəticəsində 128 nəfər itkin düşüb

İndoneziyada bərə batıb, 128 nəfər itkin düşüb

İndoneziyada bərənin batması nəticəsində 128 nəfər itkin düşüb

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, qəza iyunun 19-da Sumatra adasının şimalında - Medan rayonu yaxınlığındakı Toba gölündə baş verib.

Məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir.

İndoneziyanın Fövqəladə Hallar Nazirliyinin sözçüsü Sutopo Purvo Nurgroho bərədəki sərnişinlərin siyahısı tapılmadığından itkin düşənlərin sayının çox olacağından ehtiyatlandıqlarını bildirib.

Qəzanın səbəbi araşdırılır.