Sakit okeanın Yaponiyanın şimal-şərq sahillərində batan balıqçı gəmisinin bütün heyət üzvləri xilas edilib. Sakit okeanın Yaponiyanın şimal-şərq sahillərində batan balıqçı gəmisinin bütün heyət üzvləri xilas edilib.

Sakit okeanda batan gəminin bütün heyət üzvləri xilas edildi

Sakit okeanın Yaponiyanın şimal-şərq sahillərində batan balıqçı gəmisinin bütün heyət üzvləri xilas edilib.

AZƏRTAC Yaponiya Sahil Xidmətinə istinadla xəbər verir ki, iyunun 20-də səhər saatlarında balıqçı gəmisindən həyəcan siqnalı daxil olub. Gəmi Miyaqi prefekturasının sahillərindən 850 kilometr məsafədə yerləşib.

Koti prefekturasında qeydiyyatda olan “Koryo-maru 68” adlı gəmi digər balıqçı gəmiləri ilə birlikdə ova çıxıb.

İdarənin məlumatında qeyd edilir ki, batan gəminin bütün heyət üzvləri yaxınlıqda yerləşən gəmilər tərəfindən xilas edilib.

AzNews.az