İyunun 19-da silahlı hücum nəticəsində həlak olmuş məşhur amerikalı reper “XXXTentacion”nun fanatları Los Anceles şəhərində iğtişaşlara səbəb olub. İyunun 19-da silahlı hücum nəticəsində həlak olmuş məşhur amerikalı reper “XXXTentacion”nun fanatları Los Anceles şəhərində iğtişaşlara səbəb olub.

Öldürülmüş reperin fanatları dinc dayanmadı - İğtişaş yaratdılar (Video)

İyunun 19-da silahlı hücum nəticəsində həlak olmuş məşhur amerikalı reper “XXXTentacion”nun fanatları Los Anceles şəhərində iğtişaşlara səbəb olub.

Oxu.Az xəbər verir ki, bu haqda TMZ məlumat yayıb.

İfaçının tərəfdarları onun ölüm xəbərini eşitdikdən sonra Los Ancelesin küçələrinə axışıb. Reperin xatirəsini anmaq məqsədilə keçirilən dinc yürüş çox keçmədən asayışın pozulması ilə nəticələnib.

Çılğın fanatlar maşınların və evlərin üzərinə dırmaşıb və reperin mahnılarını oxuyub.

Polislərin hadisə yerinə gəlməsindən sonra onlar asayış keşikçilərini daş atəşinə tutub. Çevik polis dəstələri bibər qazı və rezin güllələrlə qarşılıq verib.

Görüntüləri sizə təqdim edirik:

AzNews.az