Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq. Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.

Ermənistan Müdafiə Nazirliyində korrupsiya ilə bağlı yoxlama aparılacaq

Ermənistan Dövlət Nəzarət Xidməti Müdafiə Nazirliyində yoxlama aparacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin rəisi David Sanasaryan bildirib.

Onun sözlərinə görə, yalnız hərbi məqsədlər üçün malların alınması məsələsi deyil, bütövlükdə Müdafiə Nazirliyinin fəaliyyəti yoxlanılacaq: “Bu yoxlama aldığımız informasiyaya əsasən keçirilir. Təftiş korrupsiya ilə bağlıdır”.

D.Sanasaryan yoxlamanın nəticələri barədə əlavə məlumatların veriləcəyini də vurğulayıb.

AzNews.az