Rəsmi Vaşinqton PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın kürd tərəfdarlarına müraciət etməsinə öz münasibətini bildirib Rəsmi Vaşinqton PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın kürd tərəfdarlarına müraciət etməsinə öz münasibətini bildirib

Rəsmi Vaşinqtondan kürd liderin müraciətinə münasibət- VİDEO

Rəsmi Vaşinqton PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın kürd tərəfdarlarına müraciət etməsinə öz münasibətini bildirib




ABŞ Dövlət Departamentinin məruzəçisi Viktoriya Nuland terrorçu liderin açıqlamasını müsbət hal kimi qarşıladıqlarını deyib.

"Bölgədə illərdir davam edən, bir çox həyatı və gələcəyi yox edən insident dayandırılmalıdır. Türkiyə hökuməti və əlaqədar bütün qurumların, ölkədə demokratik dəyərləri və vətəndaşlarının həyat tərzini inkişaf etdirəcək, problemin sülh yolu ilə həllini tapmağa istiqamətlənmiş cəsarətli addımlarını alqışlayırıq. ABŞ olaraq problemi həll etmək və daha parlaq gələcək üçün səy göstərən Türkiyə xalqını dəstəkləməyə davam edəcəyik" – deyə Nuland qeyd edib.

Xatırladaq ki, Türkiyədə son illər çoxalan terror hadisələrinin qarşısını almaq məqsədilə atəşkəsə nail olmaq üçün mövcud (AKP – Ədalət və İnkişaf Partiyası) hökumət həbsdə olan terrorçu lider Abdullah Öcalanla danışıqlara başlayıb. Ölkə ictimaiyyəti və siyasətçilər tərəfindən birmənalı qarşılanmayan bu danışıqların nəticəsində ötən gün İmralı adasında ömürlük həbsə məhkum olunan lider Abdullah Öcalan tərəfdarlarına müraciət edərək onları silahı yerə qoymağa səsləyib.




AzNews.az