ABŞ prezidenti Donald Tramp iyulda rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini bildirib. ABŞ prezidenti Donald Tramp iyulda rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini bildirib.

Tramp-Putin görüşü gələn ay baş tuta bilər

ABŞ prezidenti Donald Tramp iyulda rusiyalı həmkarı Vladimir Putinlə görüşə biləcəyini bildirib.

APA-nın xəbərinə görə, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“İyulda Putinlə görüşmək imkanını nəzərdən keçirirəm”, - deyə Tramp qeyd edib.

D.Tramp bundan əvvəl dəfələrlə Rusiya prezidenti ilə görüşmək niyyətində olduğunu bildirib.

ABŞ prezidenti “Fox News” telekanalının efirində tezliklə rusiyalı həmkarı ilə görüşəcəyini bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov RF-ABŞ liderlərinin mümkün görüşünə dair hələlik razılıq əldə olunmadığını bildirib.

AzNews.az