- Köhnə - Dünya
- 22 İyun 2018 13:13
- 3 011
Türkiyədə 40-a yaxın miqrant saxlanılıb
Türkiyənin sahil-mühafizə xidməti Aydın vilayəti yaxınlığında 38 qeyri-leqal miqrantı saxlayıb.
Trend-in məlumatına görə, saxlanılanlar Mərkəzi Afrika Respublikası, Suriya, İraq, Somali vətəndaşları olub.
Qeyd olunur ki, miqrantlar qeyri-leqal yollarla Yunanıstana keçməyə çalışıb.
Miqrantların Türkiyədən deportasiya olunacağı gözlənilir.
AzNews.az