- Köhnə - Dünya
- 23 İyun 2018 16:18
- 3 104
Rusiya neft hasilatının artırılması barədə qərarı alqışlayır
Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə deyib ki, Rusiya “OPEK+” sazişinə əsasən neft hasilatının sutkada 1 milyon barrel artırılması barədə qərarı alqışlayır.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, bu qərar monitorinq komitəsində işlənib hazırlanmış təkliflərə və neft bazarında nə etmək lazım olması barədə bugünkü təsəvvürlərə müvafiqdir. A.Novak daha sonra əlavə edib ki, bazar iştirakçılarının çoxu neft hasilatının artırılmasına razıdırlar.
OPEK üzvü olan ölkələrin nazirləri iyunun 22-də keçirilmiş iclasda “OPEK+” sazişi çərçivəsində neft hasilatının sutkada 1 milyon barrelə qədər artırılması barədə qərar qəbul ediblər. Bu barədə qəti qərar “OPEK+”in iyunun 23-də Vyanada keçiriləcək iclasında qəbul ediləcək.
AzNews.az