Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Almaniyanın Karlsruye Texnologiya İnstitutunun (KTİ) alimləri ilk dəfə olaraq Yer ilə təyyarələr arasında saniyədə 8 Qbit sürətlə siqnal göndərilməsinə müvəffəq olublar. Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Almaniyanın Karlsruye Texnologiya İnstitutunun (KTİ) alimləri ilk dəfə olaraq Yer ilə təyyarələr arasında saniyədə 8 Qbit sürətlə siqnal göndərilməsinə müvəffəq olublar.

Təyyarənin bortunda “Wi-Fi” sürətli olacaq

Alimlər uçuşlar zamanı yüksək keyfiyyətli rabitə üçün “Wi-Fi” hazırlayırlar. Almaniyanın Karlsruye Texnologiya İnstitutunun (KTİ) alimləri ilk dəfə olaraq Yer ilə təyyarələr arasında saniyədə 8 Qbit sürətlə siqnal göndərilməsinə müvəffəq olublar.

“AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, bu, gələcəkdə sərnişinlərin internetdən rahat istifadə etməsinə imkan verəcək. Yerlə hava arasında genişzolaqlı qoşulmanın təmin edilməsi üçün 71-dən 76 QHs-dək radiotezlik diapazonundan istifadə olunur. Bu kanal, hətta böyük tutumlu videoları yükləməyə və izləməyə imkan verəcək.

KTİ tərəfindən təklif edilən texnologiya perspektivli görünür: sınaq uçuşu zamanı təyyarə 7 km-dən uzaq məsafədə yerləşən qəbuledicidən siqnalı tutub. Genişzolaqlı qoşulma 3 dəqiqə ərzində sabit olub. Bu vaxt ərzində buludlu hava, yağış və duman olmasına baxmayaraq, 180 QB-lıq məlumatı göndərmək mümkün olub.

AzNews.az