İtaliya hökuməti xilasetmə gəmilərinə Aralıq dənizində qaçqınların olduğu qayıqlardan hətta SOS siqnalı gələrsə belə, onlara yardım göstərməyi qadağan edib. İtaliya hökuməti xilasetmə gəmilərinə Aralıq dənizində qaçqınların olduğu qayıqlardan hətta SOS siqnalı gələrsə belə, onlara yardım göstərməyi qadağan edib.

İtaliyada dənizdə boğulan qaçqınların xilas edilməsi qadağan olundu

İtaliya hökuməti xilasetmə gəmilərinə Aralıq dənizində qaçqınların olduğu qayıqlardan hətta SOS siqnalı gələrsə belə, onlara yardım göstərməyi qadağan edib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

"The Independent" nəşrinin yazdığına görə, dünən italiyalı xilasedicilər Şimali Afrikadan Avropaya miqrantlar gətirən gəmilərdən altı SOS siqnalı alıb. Amma rəsmi Roma qaçqınların Liviyanın ərazi sularında olduğunu bildirib və məsuliyyəti Tripolinin üzərinə qoyub.

Qeyd edək ki, daha əvvəl İtaliya baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini ölkənin bir nəfəri belə qəbul etmək gücündə olmadığını söyləyib.

AzNews.az