“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın Tacikistanla sərhədində yerləşən bələdiyyə mərkəzini ələ keçirməyə çalışır. “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın Tacikistanla sərhədində yerləşən bələdiyyə mərkəzini ələ keçirməyə çalışır.

“Taliban” Əfqanıstan-Tacikistan sərhədindəki strateji şəhərə hücum etdi

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın Tacikistanla sərhədində yerləşən bələdiyyə mərkəzini ələ keçirməyə çalışır.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, taliblər iyunun 25-nə keçən gecə İmam-Sahib şəhərinin mərkəzindəki hökumət postlarına hücum ediblər. Bu rayonda baş verən döyüşlər nəticəsində 10 hərbçi həlak olub. Qunduz əyalətinin polis idarəsinin rəisi Əbdulbaki Nuristani cavab atəşi ilə 21 silahlının öldürüldüyünü, 12 silahlının isə yaralandığını iddia edib.

Onun sözlərinə görə, “Taliban” hərəkatı Tacikistanla sərhəddə yerləşən bu mühüm yaşayış məntəqəsini ələ keçirmək cəhdlərini davam etdirir. Silahlıların hücumunun qarşısını almaq üçün qonşu Tahar vilayətindən bu rayona əlavə qüvvələr göndərilir.

Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.

AzNews.az