Yaponiyanın Okinava adasının sakinləri adada ABŞ hərbi bazası üçün yeni aerodromun tikilməsi planına etiraz edirlər. Yaponiyanın Okinava adasının sakinləri adada ABŞ hərbi bazası üçün yeni aerodromun tikilməsi planına etiraz edirlər.

Yaponlar ABŞ bazası üçün yeni aerodromun tikintisinə etiraz edirlər

Yaponiyanın Okinava adasının sakinləri adada ABŞ hərbi bazası üçün yeni aerodromun tikilməsi planına etiraz edirlər.

Trend-in məlumatına görə, etirazçılar 70 baydarka və hava ilə doldurulan qayıqla Henoko qəsəbəsində gələcək aerodromun tikiləcəyi əraziyə yaxınlaşıblar. Nümayişçilərin yarısı maneələri aşaraq inşaat zonasına girməyə cəhd edib.

Yaponiya sahil mühafizəsi qayıqlarda olan etirazçıları saxlayıb.

Nümayiş iştirakçıları "Okinavadan bütün bazaları çıxardın!", "Henokoda yeni baza tikilməməlidir!" şüarları səsləndiriblər.

AzNews.az