Fransanın paytaxtı Parisdə 1 milyona yaxın insan, hökumətin homoseksuallara evlilik və övladlığa götürmə haqqı verməsini etiraz edib. Fransanın paytaxtı Parisdə 1 milyona yaxın insan, hökumətin homoseksuallara evlilik və övladlığa götürmə haqqı verməsini etiraz edib.

Bir milyona yaxın insan homoseksuallara qarşı

Fransanın paytaxtı Parisdə 1 milyona yaxın insan, hökumətin homoseksuallara evlilik və övladlığa götürmə haqqı verməsini etiraz edib.

Üç fərqli məkanda görüşüb yürüşə başlayan nümayişçilər, prezident sarayının qarşısına getmək istəyiblər.Lakin onların bu yürüşünün qarşısı polislər tərəfindən alınıb. Polislə nümayişçilər arasında izdiham yaşanıb.

Ölkə prezident Hollandeni istefaya çağıran nümayişçilər bunları deyiblər:

"Onsuz da birlikdə yaşayırlar onlara qarışan kim? İndi bərabərliklərinə rəsmiyyət qazandırmaq istəyirlər. Bununla da kifayətlənməyən homoseksuallar övladlığa uşaq götürmək istəyirlər. Sabah götürdükləri uşaqları pis əməllərinə alət etməyəcəklərini haradan bilə bilərik? Bir uşağın bir anası və bir də atası olar. Bizlər bunun üçün burdayıq. Biz səni işsizliyə və evsizliyə çarə tapasan deyə, səs verib preizdent seçmişdik. Sən isə bu vədlərini və bizim istəklərimizi görməməzlikdən gəlib və başqa bir problem yoxmuş kimi homoseksual evlilik və bunların qeyri əxlaqi istəklərini yerinə yetirmək üçün çalışırsan."

120 kilometr uzaqdan bu nümayiş üçün gəldiyini söyləyən başqa bir nümayişçi Emile Charbonier də fikirlərini əlavə edib : "Biz homoseksual evliliyə qarşıyıq, onların uşaq götürmələrinə də qarşıyıq. Prezident Hollande istefa etsin. Homoseksuallar uşaq övladlığa götürmək istəyirlər. Biz uşaqlarımızı övladlıq vermək üçün dünyaya gətirməmişik."

Qeyd edək ki, Fransız xalqının istəməməsinə və bütün reaksiyalarına baxmayaraq Fransa Milli Məclisindən bu qanun hələ ki qüvvədədir.

Xəyalə Məmmədova
AzNews.az