10:45
(077) 610-22-33

Türkiyə Ordusu PKK-ya qarşı əməliyyat keçirdi - 17 terrorçunu məhv edildi

  • >
479 11 İyul 22:34 | Dünya

Türkiyə Hərbi Hava Qüvvələri 3 əyalətdə PKK terrorçularına qarşı hava əməliyyatları keçirib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvləri-nin baş qərargahı bəyanat yayıb.

Məlumata görə, hava əməliyyatları nəticəsində 17 PKK terrorçusu məhv edilib.

Bəyanatda deyilir: "Osmaniye, Şırnak və Diyarbakır əyalətlərində PKK terrorçularına qarşı hava əməliyyatları keçirilib. Hava əməliyyatları zamanı 17 terrorçu məhv edilib".

Qeyd edək ki, PKK ilə 25 ildən artıqdır ki, mübarizə aparan Türkiyə minlərlə insan itkisi ilə qarşılaşıb.

Bağla X