Gürcüstanın 10 müxalifət partiyası “Güc birlikdədir” adlı birlik yaradıb. Gürcüstanın 10 müxalifət partiyası “Güc birlikdədir” adlı birlik yaradıb.

Gürcüstanın sabiq XİN rəhbəri müxalifətin vahid namizədi olacaq

Gürcüstanın 10 müxalifət partiyası “Güc birlikdədir” adlı birlik yaradıb.

APA-nın yerli bürosunun məlumatına görə, təşkilat bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak edəcək. Vahid namizədin “Vahid Milli Hərəkat” Partiyasının üzvü Qriqol Vaşadze olacağı gözlənilir. Onun namizədliyi sabah rəsmən açıqlanacaq.

Qeyd edək ki, Q. Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. O, ötən ilin oktyabrında yerli idarəetmə orqanlarına keçirilmiş seçkilər zamanı Kutaisi şəhərinin meri vəzifəsinə namizəd olsa da, alib gələ bilməyib.