Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə görüşünə təxminən 10 milyon avro xərc çəkib. Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə görüşünə təxminən 10 milyon avro xərc çəkib.

10 milyon avroluq Rusiya-ABŞ sammiti - Foto

Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə görüşünə təxminən 10 milyon avro xərc çəkib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Yuxa Sipilya yerli qəzetlərin birinə müsahibəsində məlumat verib.

Baş nazir Yuxa Sipilyanın fikrincə, bu cür görüşə investisiya qoymağına dəyər. Bu pullar həm də ölkənin imicinə qoyulan əmanətdir. Xərclər barədə daha dəqiq məlumat bir qədər sonra veriləcək.

Xatırladaq ki, iyulun 16-da Helsinki Prezident Sarayında Vladimir Putin və Donald Tramp arasında ilk tamformatlı görüş keçirilib. Bundan əvvəl liderlər iki dəfə - ötən ilin iyul və noyabr aylarında böyük beynəlxalq tədbirlər çərçivəsində görüşüblər.