ABŞ-ın Kaliforniya ştatında yerləşən və heç kimin yaşamadığı Kerro-Qordo şəhəri 1,4 milyon dollara satılıb. ABŞ-ın Kaliforniya ştatında yerləşən və heç kimin yaşamadığı Kerro-Qordo şəhəri 1,4 milyon dollara satılıb.

1,4 milyona satılan Kabus şəhər - Fotolar

ABŞ-ın Kaliforniya ştatında yerləşən və heç kimin yaşamadığı Kerro-Qordo şəhəri 1,4 milyon dollara satılıb.

AzNews.az CNN-ə istinadən xəbər verir ki, şəhər 1865-ci ildə gümüş mədəni yaxınlığında salınıb və bir müddət ştatda gümüş və qurğuşun hasilatında lider olub. İndi isə həmin gümüş yataqları tamamilə səhralaşıb.

Şəhər 22 tikilini özündə birləşdirir. Bura kilsə, malikanələr, pivəxanalar və s. aiddir.

Daşınmaz əmlak agenti Rasmussonun sözlərinə görə, bu şəhər “vəhşi Qərbin” ayrılmaz hissəsinə çevrilib:
“Bir zamanlar burada orta hesabla hər həftə bir nəfər qətlə yetirilirdi”.

Gümüş və neftin ucuzlaşmasından sonra sakinlər şəhəri tərk etməyə başlayıblar. Sonra böyük yanğın meydana gəlib və Kerro-Qordo tamamilə boşalıb.

Şəhərin yeni sahibi olan investisiya qrupu Kerro-Qordonu turist marşrutlarının tərkib hissəsinə çevirmək niyyətindədir.

image description image description image description image description image description image description