İspaniyada avtomobil küçədə duran şəxslərin üzərinə sürülüb. İspaniyada avtomobil küçədə duran şəxslərin üzərinə sürülüb.

İspaniyada avtomobil piyadaların üstünə sürüldü - Yaralılar var

İspaniyada avtomobil küçədə duran şəxslərin üzərinə sürülüb.

Trend-in məlumatına görə, yerli fövqəladə xidmət bu barədə özünün rəsmi "Twitter" səhifəsində yazıb.

Məlumata görə, insident nəticəsində 5 yaşlı uşaq xəsarət alıb. Xəsarət alan qadınların ən yaşlısının 80 yaşı olduğu bildirilir.

Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbkarı hadisə yerini tərk edib. Lakin sürücünün şəxsiyyəti artıq müəyyən olunub və gün ərzində onun saxlanılacağı bildirilir.