Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün ABŞ dövlət katibi Mayk Pompeo ilə telefonla danışığı zamanı Suriyada vəziyyəti müzakirə edib. Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün ABŞ dövlət katibi Mayk Pompeo ilə telefonla danışığı zamanı Suriyada vəziyyəti müzakirə edib.

Lavrov və Pompeo Suriyada mümkün əməkdaşlığı müzakirə ediblər

Rusiya XİN rəhbəri Sergey Lavrov bu gün ABŞ dövlət katibi Mayk Pompeo ilə telefonla danışığı zamanı Suriyada vəziyyəti müzakirə edib.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyi bildirib.

Tərəflər danışıq zamanı Rusiya və ABŞ-ın humanitar problemlərin həlli zamanı birgə fəaliyyətini də müzakirə ediblər. Qeyd olunur ki, telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Diplomatlar ölkələr arasında münasibətlərin qurulmasına dair gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.