Antalyada dekorasiya və izolyasiya məhsulları istehsal edən zavodda güclü yanğın baş verib. Antalyada dekorasiya və izolyasiya məhsulları istehsal edən zavodda güclü yanğın baş verib.

Antalyada güclü yanğın - Yenilənib

Antalyada dekorasiya və izolyasiya məhsulları istehsal edən zavodda güclü yanğın baş verib.

Hazırda ərazidə çoxlu sayda xilasedici və yanğınsöndürən çalışır. Əlavə olaraq, yanğının söndürülməsinə iki təyyarə və bir helikopter cəlb olunub. Müəssisədəki insanlar hadisə yerindən təxliyə ediliblər.

***
18:50

Türkiyənin turizm şəhəri olan Antalyada güclü yanğın başlayıb.

"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, hadisə dekorasiya məhsulları istehsal edən fabrikdə baş verib. "Kar-Yapı" firmasına aid poliuretan köpük hazırlayan fabrik qəfil alışıb.

Qatı duman və alovlar ətrafdakıların təşvişinə səbəb olub. Hazırda yanğının söndürülməsi üçün hadisə yerinə xeyli sayda yanğınsöndürən cəlb olunub.

AzNews.az

image description image description image description image description image description