06:33
(077) 610-22-33

Obamanın təhlükəsizliyi qadına əmanət

  • >
686 27 Mart 2013 10:05 | Dünya

Amerika gizli xidmətinin 148 illik tarixində bir ilk yaşanıb



ABŞ prezidenti Barak Obama, ABŞ Gizli Xidməti təşkilatına bu qurumda 30 illik iş təcrübəsi olan Julia Piersonı rəhbər kimi gətirəcəyini bildirib. Qeyd edək ki, əgər bu reallaşarsa, təşkilat əfsanə prezident Abraham Lincoln tərəfindən 1865-ci ildə yaradılan gündən bu yana ilk dəfə olaraq bir qadın tərəfindən idarə ediləcək. Obama verdiyi açıqlamada nümunəvi iş karyerasına sahib olan Piersonun təşkilatı lazımı səviyyədə idarə edə biləcək qabiliyyətə sahib olduğunu ifadə edib. ABŞ prezidentinin təşkilatın rəhbərini bir başa təyin etmək səlahiyyəti olduğundan Piersonun vəzifəyə başlaması üçün Senatın təsdiqi lazım deyil.

Təxminən 3 min 500 nəfərdən ibarət işçi heyətinə sahib olan Amerikan Gizli Xidməti təşkilatının başlıca vəzifəsi ölkənin prezidentini və onun ailəsini qorumaqdır. Qeyd edək ki, təşkilatın bütün dünyadakı amerikalı səlahiyyətliləri, ölkəni ziyarət edən xarici liderləri və Amerika maliyyə sistemini qorumaq kimi öhdəlikləri də var.

Xəyalə Məmmədova
AzNews.az
Bağla X