Türkiyənin iqtisadi vəziyyəti, dolların lirəyə nisbətinin yüksək olması ilə bağlı xarici ölkələrdən dəstək gəlib. Türkiyənin iqtisadi vəziyyəti, dolların lirəyə nisbətinin yüksək olması ilə bağlı xarici ölkələrdən dəstək gəlib.

Türkiyəyə xarici dəstək artır

Türkiyənin iqtisadi vəziyyəti, dolların lirəyə nisbətinin yüksək olması ilə bağlı xarici ölkələrdən dəstək gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ticarət sahəsində milli valyutadan istifadə olunması təklifi ilə bağlı Kremlindən cavab gəlib. Kremlin spikeri Dmitri Peskov bütün xarici ticarət proseslərini milli valyuta ilə aparmaq istədiklərini qeyd edib. Rusiya prezidenti Vladimir Putin də ABŞ-ın dollardan siyasi vasitə olaraq istifadə etməsini tənqid etmişdi.

Almaniyadan da Türkiyə ilə bağlı açıqlama verilib. Türk iqtisadiyyatının sabit vəziyyətdə olmasının Almaniyaya da faydalı olduğu və proseslərin izlənildiyi bildirilib.

İtaliyadan da Türiyədəki hadisələrə münasibət bildirilərək dəstək olunduğu və İtaliyanın da yaxın zamanlarda belə bir hücuma məruz qala biləcəyi vurğulanıb.

Qeyd edək ki, Pakistan və İran Xarici İşlər Nazirliklərindən də Türkiyənin yanında olduqları ilə bağlı mesaj verilib.

Nurlan AĞA
AzNews.az