İrəvanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər. İrəvanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər.

Ermənilər Koçaryana hücum etdilər

İrəvanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bir müddət əvvəl həbsdən azad edilmiş keçmiş dövlət başçısının mətbuat konfransı zamanı etiraz aksiyası keçirilib.

Bir qrup şəxs mətbuat konfransının təşkil edildiyi zala daxil olmağa çalışıb. Onlar R.Koçaryanın ünvanına "Qatil" şüarı səsləndiriblər.

Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi.

AzNews.az