- Köhnə - Dünya
- 14 Avqust 2018 14:00
- 1 574
Merkel Gürcüstana gəlir
Almaniya Kansleri Angela Merkel Gürcüstana rəsmi səfər edəcək.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Gürcüstan Xarici İşlər Nazirliyi səfərin avqustun 23-24-də baş tutacağını bəyan edib.
Səfərin proqramı yaxın günlərdə dəqiqləşdiriləcək.
Qeyd edək ki, bu, A.Merkelin kansler olaraq Gürcüstana ikinci səfəridir. Belə ki, ilk səfər 2008-ci ildə baş tutub.
AzNews.az