Türkiyə ABŞ-ın elektron məhsullarına boykot elan edib. Türkiyə ABŞ-ın elektron məhsullarına boykot elan edib.

Ərdoğan ABŞ-a boykot elan etdi

Türkiyə ABŞ-ın elektron məhsullarına boykot elan edib.

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyip Ərdoğan Ankarada bugünkü çıxışında deyib:

“Onların iPhonu varsa, digər tərəfdə Samsung var. Öz ölkəmizdə Venüs var, Vestel var. Biz özümüzə yetəcəyik”.

Ərdoğan bildirib ki, Türkiyəyə qarşı açıq hücum var : “Əvvəllər bu hücumlar daha qapalı edilirdi, indi birbaşa üstümüzə gəlirlər. İqtisadi olaraq bütün tədbirləri görmüşük. Edə biləcəyimiz ikinci ən önəmli məqam siyasi duruşumuzu sağlam tutmaqdır".

Qeyd edək ki, bundan əvvəl də Türk Hava Yolları ABŞ-a boykot elan edərək, “ABŞ-a reklam vermə!” kampaniyasına qoşulub.

AzNews.az