Genuya şəhərində körpünün aşması nəticəsində ölənlərin sayı artıb. Genuya şəhərində körpünün aşması nəticəsində ölənlərin sayı artıb.

İtaliyada körpü faciəsi - Ölənlərin sayı artıb (Yenilənib)

Genuya şəhərində körpünün aşması nəticəsində ölənlərin sayı artıb.

AzNews.az-ın məlumatına görə, baş vermiş körpü faciəsi nəticəsində ölənlərin sayı 35-ə çatıb.

10 nəfərin itkin düşdüyü, 13 nəfərin isə xəsarət aldığı bildirilir.

***

18:48

AzNews.az xarici mətbuata istinadən bildirir ki, nəticədə 30 nəfər ölüb.

Həlak olanların arasında 1 yaşlı körpə də var.

***

15:34

İtaliyanın şimal-qərbindəki liman şəhəri olan Genuyada “A-10” avtomobil yolu üstündəki körpü aşıb.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, ilk olaraq hadisədəki ölü sayı ilə bağlı məlumat verilməyib.

Bir neçə saatdan sonra isə İtaliya təcili yardım servisi körpünün aşmasından dolayı onlarla ölüm hadisəsinin qeydə alındığını açıqlayıb.

İtaliyanın nəqliyyat naziri Danilo Toninelli ağır faciə yaşadıqlarını vurğulayıb.

Nurlan AĞA
AzNews.az

image description image description