ABŞ prezidenti Donald Tramp son zamanlar onun əleyhinə açıqlamalar verən əvvəlki köməkçisi Nyumenə sərt sözlər yağdırıb. O, Twitter hesabından yazıb ki, Omarosa Trumen başdan-ayağa yalançıdır. ABŞ prezidenti Donald Tramp son zamanlar onun əleyhinə açıqlamalar verən əvvəlki köməkçisi Nyumenə sərt sözlər yağdırıb. O, Twitter hesabından yazıb ki, Omarosa Trumen başdan-ayağa yalançıdır.

Tramp ağzını açdı, gözünü yumdu: “O yalançı qancıq...”

ABŞ prezidenti Donald Tramp son zamanlar onun əleyhinə açıqlamalar verən əvvəlki köməkçisi Nyumenə sərt sözlər yağdırıb. O, Twitter hesabından yazıb ki, Omarosa Trumen başdan-ayağa yalançıdır.

AzNews.az xəbər verir ki, Tramp Nyumenin onun haqqında ifadə etdiyi “qara dərililər üçün zənci sözündən istifadə edir” ittihamına “heç vaxt belə qorxunc və iyrənc bir söz işlətməmişəm” – deyə, cavab verib.

İki şəxs arasındakı münaqişə davam edərkən Nyumen ABŞ-ın müxtəlif kanallarında Ağ Evdə işlədiyi vaxt qeyd etdiyi səsyazmaları da xalqa qulaq asdırır.

O.Nyumen Ağ Evdəki xatirələrindən ibarət “Dəngəsiz” kitabında ABŞ prezidentinin irqçiliklə bağlı ittihamlarını qabarıq şəkildə təqdim edib. O, zəncidən əlavə, Trampın məsləhətçilərindən Kelyane Konveyin yarı filippinli olan əri haqqında da z münasibət göstərdiyini iddia edib.

Trampın psixoloji durumunun getdikcə pisləşdiyini yazmış Nyumen görüşlərin birində prezidentin əsəbdən kağız çeynədiyini gördüyünü ifadə edib. Həmçinin əvvəlki köməkçi 2017-ci ilin dekabrında vəzifədən azad edildikdən sonra Tramp haqqında danışmasın deyə ona ayda 15 min dollar təklif olunduğu, lakin bunu qəbul etmədiyini bildirib.

Qısa vaxtda rezonans doğurmuş kitab haqqında dərhal reaksiya vermiş ABŞ prezidenti haqqında yazılmış ifadələri qəbul etməyib, Nyumeni isə “yalançı qancıq” adlandırıb.

AzNews.az

image description