Xristian kilsəsinin ABŞ-dakı fəaliyyəti yenə də qalmaqalla gündəmə gəlib. Xristian kilsəsinin ABŞ-dakı fəaliyyəti yenə də qalmaqalla gündəmə gəlib.

Kilsədə dəhşət - Min uşaq zorlanıb

Xristian kilsəsinin ABŞ-dakı fəaliyyəti yenə də qalmaqalla gündəmə gəlib.

Modern.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu dəfə söhbət Pensilvaniya ştatında 300 keşişin 1000 nəfər uşağa təcavüz etməsindən gedir.

Böyük Jürinin araşdırdığı və Ştatın Ali Məhkəməsi tərəfindən çərşənbə axşamı dərc olunan 900 səhifəlik hesabatda dəhşətli məqamlar ortaya çıxıb.

Jüri bu qeyd edilən bu 1000 nəfərin oğlan uşağı olduğuna diqqət çəkərək həmçinin daha 1000-ə yaxın uşağın sənədlərdə görülmədiyi və ifadə vermək istəmədiyi üçün gizli qaldıqlarını bildirib.

Hesabatda dünyanın ən güclü kilsələrindən birinin uzun illər boyunca uşaqların cinsi istismarını necə gizlətdiyi faktları göstərilib.

“Katolik kilsəsində uşaqların cinsi istismarına dair məlumatlar daxil olub. Lakin heç zaman bu dərəcədə böyük miqyasda olduğu görülməyib. Bizim çoxumuz üçün bu eşitdiyimiz hadisələr haradasa uzaqlarda baş verirdi. İndi biz həqiqəti bilirik – bu hər yerdə baş verib” – hesabatda bildirilir.

Sənədlərdə anladılan dəhşətli hadisələrdə həddi-buluğa çatmamış bir qız uşağına təcavüz edərək onun hamilə qalmasına səbəb olan bir keşişdən bəhs edilir. Həmin keşiş qızı abort etdirdikdən sonra onun dini xidmət aparmasına icazə verib. Bu hadisə dəhşətli görünsə də bu digər hadisələrin yanında ən yüngüllərindəndir. Belə ki, hesabatda həmçinin 7 yaşında olan 15 oğlan uşağına təcavüz edildiyi də bildirilib.

Həmçinin ızların sidiyini, menustrial dövr qan nümunələrini və cinsiyyət orqanının tük nümunələrini toplayaraq evdə istifadə edən keşiş haqda da məlumat yer alıb.

Bu sənədlərdə göstərilən hadisələrin çox keçmiş tarixlərə aid olduğuna və rəsmi sübut oluna bilinməyəcəyinə görə bu keşişlər haqda qanuni tədbir görülməyib.

Lakin iki keşişin cəzalandırıldığı bildirilir. Onlardan biri bir neçə il ərzində 2010-cu ilə kimi hər ay iki uşağı cinsi istismara məruz qoyub.

“Biz bilirik ki, kilsələrdə uşaqların cinsi istismarı hadisələrinə son qoyulmayıb. Çünki, biz iki ayrı yeparxiyadan yalnız iki keşişi vaxtı keçmiş cinayətlərdə cəzalandırmışıq” – hesabatda qeyd edilib.

Ruhanilər tərəfindən sui-istifadə edilənlər şəbəkəsinin (Snap) prezidenti Tim Lennon hökumət tərəfindən bu cür sənədlərin hazırlanmasını alqışlayıb.

“Biz artıq vətəndaş cəmiyyətinin öz əsl rolunu üzərinə götürdüyünü və bunun yanlış olduğunu söylədiyini görürük” – Lennon bildirib.

Lennon özünün də Ayova Ştatında bir keşiş tərəfindən 12 yaşında cinsi istismara məruz qaldığını qeyd edib və bu sənədin insanlara qarşı kilsənin sui-istifadə hallarını göstərdiyini söyləyib.

“Mənim başıma gələnin digərlərinin başına gəlməməli olduğuna inanıram. Və mən inanıram ki bütün bu ifşaları görən insanlar bunun başqa uşaqların başına gəlmədiyini söyləyəcəklər” – o, qeyd edib.

Qeyd edək ki, əsasən iyul ayında “həqiqətləri gizlədən kitab” kimi elan edilmiş hesabat iki il ərzində katoliklərin də daxil olduğu 23 münsifdən ibarət Böyük Jüri tərəfindən araşdırılıb. Araşdırma Pensilvaniya Ştatının 6 yeparxiyasının daxili sənədləri və qurbanların ifadələri əsasında hazırlanıb. Araşdırma zamanı onlarla keşiş Böyük Jüri qarşısında ifadə verib və onların əksəriyyəti etdikləri cinayətləri boyunlarına alıblar. Böyük Jüri araşdırma zamanı hadisələrin aşkarlanması üçün həmçinin Federal Təhqiqatlar Bürosu (FBI) ilə məsləhətləşdiklərini bildirib.

AzNews.az