Avstraliyada Yaşıllar partiyasından Senata seçilmiş Pakistan əsilli Faruqi ölkədəki ilk müsəlman qadın senator olub. Avstraliyada Yaşıllar partiyasından Senata seçilmiş Pakistan əsilli Faruqi ölkədəki ilk müsəlman qadın senator olub.

Avstraliyada ilk müsəlman qadın senator

Avstraliyada Yaşıllar partiyasından Senata seçilmiş Pakistan əsilli Faruqi ölkədəki ilk müsəlman qadın senator olub.

AzNews.az “The Guardian”a istinadən bildirir ki, Avstraliya Yaşıllar partiyasının üzvü, Yeni Cənubi Uels ştatının senatoru Li Riannonun vəzifəsindən istefa etməsinin ardından boş qalan senator yerinə Pakistanda doğulmuş Mehrin Faruqi seçilib.

O, seçkidən sonra jurnalistlərə verdiyi açıqlamada multikulturalizmi təbliğ edəcəyi, islamafobiya və irqçiliklə mübarizə aparacağını bildirib. Faruqi Kvinslend ştatının senatoru Anninqin müsəlmanlara qarşı viza qadağasını müdafiə etməsini də tənqid edib.

Nurlan AĞA
AzNews.az