Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-a tətbiq olunan əlavə gömrük vergiləri haqqında açıqlama verib. Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-a tətbiq olunan əlavə gömrük vergiləri haqqında açıqlama verib.

Türkiyəli nazir: “Başqa bazarlar da var”

Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-a tətbiq olunan əlavə gömrük vergiləri haqqında açıqlama verib.

AzNews.az “Sabah”a istinadən xəbər verir ki, türkiyəli nazir ABŞ-ın sanksiyalarına qarşı 533 milyon dollarlıq əlavə vergi ilə cavab verdiklərini qeyd edib.

R.Pekcan bildirib ki, siyasi fərqlərlə iqtisadi vəziyyət ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. Türk lirəsinin ziyan gördüyünü qeyd etmiş nazir bunun qalıcı olmayacağını da deyib.

Türkiyə ticarət naziri önəmli olsa da, ölkənin yeganə müttəfiqinin ABŞ olmadığı, başqa ortaqlarının, alternativ bazarlarının olduğunu da qeyd edib.

Nurlan AĞA
AzNews.az