İspaniyada iyul ayında istilərdən 30 nəfər həyatını itirib. Təkcə Kataloniyada isti hava şəraiti ilə əlaqədar həlak olanların sayı 23 nəfərə çatıb. İspaniyada iyul ayında istilərdən 30 nəfər həyatını itirib. Təkcə Kataloniyada isti hava şəraiti ilə əlaqədar həlak olanların sayı 23 nəfərə çatıb.

30 ispan istinin qurbanı oldu

İspaniyada iyul ayında istilərdən 30 nəfər həyatını itirib. Təkcə Kataloniyada isti hava şəraiti ilə əlaqədar həlak olanların sayı 23 nəfərə çatıb.

AZƏRTAC xarici KIV-lərə istinadla xəbər verir ki, Kataloniya hökumətinin səhiyyə departamentinin məlumatına əsasən, iyulun 24-dən bu yana havaların həddən artıq isti keçməsi 13 kişinin və 10 qadının həyatına son qoyub, 67 nəfəri isə gün vurub. Onlardan ən yaşlısının 100 yaşı olub.

Bundan əlavə, ölkənin digər regionlarında da istilər nəticəsində ölüm faktları qeydə alınıb.

İspaniyada istilərin ən pik dövrü avqustun 2-dən 7-nə qədər olan dövrə təsadüf edib. Belə ki, həmin dövrdə bəzi rayonlarda havanın temperaturu 44-46 dərəcəyə qədər yüksəlib.

AzNews.az