Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi saxlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.

Ərdoğanla Makron telefonla danışdı - Tezliklə bir araya gələcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bugünkü zəngdə Türkiyə-Fransa arasındakı qarşılıqlı münasibətlər, gündəmdəki və regional məsələlər müzakirə olunub.

Ölkə başçıları Türkiyə-Fransa arasındakı iqtisadi və ticarət əlaqələrinin, həmçinin qarşılıqlı investisiya məsələlərinin inkişaf etdirilməsinin vacibliyini bildiriblər. Fransa prezidenti Türkiyənin iqtisadi durumunun öz ölkəsi üçün də önəmli olduğunu vurğulayıb.

Prezidentlər arasındakı telefon söhbətində İdlib başda olmaqla Suriyadakı son proseslərlə bağlı da müzakirə aparıldığı qeyd olunub.

Həmçinin görüşdə Türkiyə xəzinə və maliyyə naziri Berat Albayrakın fransalı həmkarları ilə qısa müddət ərzində bir araya gəlmələri qərara alınıb.

Nurlan AĞA
AzNews.az