İsveçdə 50-yə yaxın şəxs kəskin bağırsaq infeksiyasına yoluxub. İsveçdə 50-yə yaxın şəxs kəskin bağırsaq infeksiyasına yoluxub.

Bu Skandinaviya ölkəsində yeni infeksiya yayılıb

İsveçdə 50-yə yaxın şəxs kəskin bağırsaq infeksiyasına yoluxub.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, ən çox yoluxma halı paytaxt Stokholm yaxınlığındakı Upsala şəhərində və qərbi İsveçdə qeydə alınıb.

Yoluxanlar arasında həm böyüklərin, həm də uşaqların olduğu deyilir.

İlkin ehtimallara əsasən, yoluxma sakinlərin yerli su hövzələrinin birində çimməsi nəticəsində baş verib.

Həkimlər daha 50 nəfərin bu xəstəliyə yoluxa bilmə ehtimalı ilə nəzarətə götürüldüyünü bildirib.