Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı tətbiq edilmiş yeni sanksiyaları tənqid edib. Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı tətbiq edilmiş yeni sanksiyaları tənqid edib.

Kim Çen In ABŞ-dan narazı qalıb

Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı tətbiq edilmiş yeni sanksiyaları tənqid edib.

Modern.az RT agentliyinə istinadən xəbər verir ki, Kim Çen In avqustun 15-də tətbiq edilən beynəlxalq sanksiyaları “soyğunçuluq” adlandırıb.

“Vonsan turistik rayonunda tikilişi gedən nəhəng kurort zonası, xalqımızı soyğunçu kompaniyalarla boğmağa çalışan düşmən güclərə qarşı mübarizəmizin nümayişidir” – Şimali Koreya lideri bildirib.

O, həmçinin bu rayonun tikilişinin bitməsindən sonra bütün dünyanın “partiya, xalq və ordunun birlik və həmrəyliyini görəcəyini” söyləyib.

Qeyd edək ki, ABŞ avqustun 15-də Şimali Koreyaya qarşı sanksiyalar yenidən sərtləşdirib.

AzNews.az