İsrail Təhlükəsizlik Kabinetinin Həmasla altı maddədən ibarət razılaşma əldə etdiyi iddia olunub. Bu haqda İsrailin “Haaretz” qəzeti məlumat yayıb. İsrail Təhlükəsizlik Kabinetinin Həmasla altı maddədən ibarət razılaşma əldə etdiyi iddia olunub. Bu haqda İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

İsrail Həmasla anlaşdı - Yaxın Şərqdə dəngələr dəyişir

İsrail Təhlükəsizlik Kabinetinin Həmasla altı maddədən ibarət razılaşma əldə etdiyi iddia olunub. Bu haqda İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, “Haaretz” misirli nümayəndələr və BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Orta Şərq xüsusi koordinatoru Nikolay Mladenovun vasitəçiliyi ilə aparılan danışıqların nəticə verdiyini yazıb.

Çərşənbə günündə Qəzzə sərhədindəki yeganə ticarət keçid məntəqəsi olan Kərəm Əbu Salimin təzədən açıldığı və balıqçıların ov məsafəsinin doqquz milə qədər artırıldığı ifadə olunub. Həmçinin bu razılaşma Qəzzə və İsrail arasında atəşkəsin bərqərar olmasını da özündə ehtiva edir.

İsrail qəzetinin iddialarına qarşı isə Təhlükəsizlik Kabinetinin nümayəndəsi olan dövlət naziri Tsaxi Haneqbi yazılı açıqlamasında məlumatın bildiyi qədərilə yanlış olduğunu, lakin mövzuya tam bələd olmadığını bildirib.

Nurlan AĞA
AzNews.az