İspaniyada zadəganlaşdırmaya əngəl olmaq məqsədilə bir qrup anti-kapitalist qüvvə fərqli tərzdə nümayiş hazırlayıb. Onlar aşağı gəlirli insanların yaşadığı məhəllələrə yuxarı təbəqənin məskunlaşmasının əleyhinə çıxış ediblər. Aktivistlər turizm sektorunun daha canlı olduğu vaxtlarda belə nümayişlər keçirirlər. İspaniyada zadəganlaşdırmaya əngəl olmaq məqsədilə bir qrup anti-kapitalist qüvvə fərqli tərzdə nümayiş hazırlayıb. Onlar aşağı gəlirli insanların yaşadığı məhəllələrə yuxarı təbəqənin məskunlaşmasının əleyhinə çıxış ediblər. Aktivistlər turizm sektorunun daha canlı olduğu vaxtlarda belə nümayişlər keçirirlər.

İspaniyada turistlərə müraciət: “Özünüzü balkondan atın”

İspaniyada zadəganlaşdırmaya əngəl olmaq məqsədilə bir qrup anti-kapitalist qüvvə fərqli tərzdə nümayiş hazırlayıb. Onlar aşağı gəlirli insanların yaşadığı məhəllələrə yuxarı təbəqənin məskunlaşmasının əleyhinə çıxış ediblər. Aktivistlər turizm sektorunun daha canlı olduğu vaxtlarda belə nümayişlər keçirirlər.

AzNews.az BBC-yə istinadən bildirir ki, aktivistlər ölkəyə gəlmiş turistlər üçün hazırladıqları ingiliscə afişada “özünüzü otellərin balkonundan atın” – deyə, yazıblar. Onlar bu hərəkətlə turistləri evlərinə qayıtmağa çağırıblar.

Bir il əvvəl İspaniyanın Barselona, Malyorka və San-Sebastian şəhərlərində turist avtobuslarına hücumlar da edilmişdi.

Aktivistlərin Barselonada gerçəkləşdirdikləri son nümayişin afişasında yazılıb: “Əziz turist, sən özünü balkondan atmağı bilirsən? Bu, zadəganlaşdırmanın qarşısını alır, məhəllə sakinlərinin həyat şəraitini yaxşılaşdırır, ürək xəstəlikləri riskini azaldır. Bu, çox əyləncəlidir”.

Nurlan AĞA
AzNews.az

image description