“CNN International” Çinin ABŞ-a qarşı hücuma hazırlaşdığına dair material yayımlayıb. “CNN International” Çinin ABŞ-a qarşı hücuma hazırlaşdığına dair material yayımlayıb.

Çin ABŞ-a hücuma hazırlaşır - CNN-dən iddia

“CNN International” Çinin ABŞ-a qarşı hücuma hazırlaşdığına dair material yayımlayıb.

AzNews.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) təqdim etdiyi sənəddə üç ildir ki, Çinin ABŞ və müttəfiqlərini vurmaq üçün hazırlıq gördüyü bildirilib.

Rəsmi Pekinin başda Cənubi Çin dənizindəki kritik bölgələr olmaqla dənizlərdəki bazalarını artırdığı da qeyd edilib. Həmçinin təyyarələrlə ABŞ-a qarşı hücum təlimlərinin keçirildiyi vurğulanıb.

Pentaqonun təxmininə görə, 2017-ci ildə Çinin müdafiə sahəsindəki xərclərinin miqdarı 190 milyard dollardan artıqdır.

Qeyd edək ki, ABŞ və Çin arasında son vaxtlar Cənubi Çin dənizinə görə bir sıra problemlər yaşanır. Çin hökuməti dəniz üzərində bütün haqların ona aid olduğunu iddia edir.

Nurlan AĞA
AzNews.az