Yaponiyanın xarici işlər naziri Taro Kono kolumbiyalı həmkarı Holms Truhilo ilə görüşdə bu ölkəni azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmaya qoşulmağa dəvət edib. Yaponiyanın xarici işlər naziri Taro Kono kolumbiyalı həmkarı Holms Truhilo ilə görüşdə bu ölkəni azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmaya qoşulmağa dəvət edib.

Yaponiya Kolumbiyadan nə xahiş etdi?

Yaponiyanın xarici işlər naziri Taro Kono kolumbiyalı həmkarı Holms Truhilo ilə görüşdə bu ölkəni azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmaya qoşulmağa dəvət edib.

AzNews.az AZƏRTAC-a istindən xəbər verir ki, H.Truhilo Yaponiya ilə əvvəlcə iqtisadi tərəfdaşlıq barədə razılaşmanı müzakirə etmək niyyətində olduqlarını bildirib.

İki ölkənin nazirləri azad ticarəti müdafiə etmək üçün əməkdaşlıq barədə razılığa gəliblər.

T.Kono Yaponiyanın piyada əleyhinə minaların zərərsizləşdirilməsi, kənd təsərrüfatı rayonlarının inkişafı və digər layihələrdə Kolumbiyaya kömək etməyə hazır olduğunu bildirib. 2016-cı ildə bu ölkədə 50 ildən çox davam edən vətəndaş müharibəsi başa çatıb.

AzNews.az