İranın Kürdüstan əyalətinə aid Əbu Həsən kəndi yaxınlığında silahlı qarşıdurma baş verib. İranın Kürdüstan əyalətinə aid Əbu Həsən kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.

İranda silahlı qarşıdurma - 4 əsgər yaralandı

İranın Kürdüstan əyalətinə aid Əbu Həsən kəndi yaxınlığında silahlı qarşıdurma baş verib.

AzNews.az İslam Respublikası İnformasiya Agentliyinə (İRNA) istinadən bildirir ki, Kürdüstan əyalətinin vali köməkçisi Hüseyn Xoşiqbal dünən axşam İran-İraq sərhədindəki Əbu Həsən kəndi yaxınlığında təhlükəsizlik qüvvələri ilə naməlum silahlı qrup arasında insident baş verib.

Vali köməkçisi münaqişədə yaralanmış dörd əsgərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Qeyd edək ki, silahlı qruplaşmanın üzvləri qaçıblar. H.Xoşiqbal hələ ki, hücumun kimlər tərəfindən edildiyinin bilinmədiyini açıqlayıb.

Nurlan AĞA
AzNews.az