Pakistan parlamentində keçirilmiş səsvermə nəticəsində ölkənin yeni baş naziri məlum olub. Pakistan parlamentində keçirilmiş səsvermə nəticəsində ölkənin yeni baş naziri məlum olub.

Pakistanda yeni baş nazir

Pakistan parlamentində keçirilmiş səsvermə nəticəsində ölkənin yeni baş naziri məlum olub.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, “Ədalət Naminə Hərəkat” partiyasının sədri İmran Xan deputatlardan 176 səs toplayaraq baş nazir seçilib.

Onun ən yaxın rəqibi, “Pakistan Müsəlman Liqası” partiyasının sədri Nebhaz Şərif 96 səs yığıb.

İmran Xan avqustun 18-də andiçmədən sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, iyulun 25-də keçirilmiş seçkilərdə “Ədalət Naminə Hərəkat” partiyası qalib gəlsə də, parlamentdə mütləq çoxluğa sahib ola bilməmişdi.

AzNews.az