Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin sabah Berlinə edəcəyi səfərlə bağlı açıqlama verib. O, Rusiya-Almaniya-Fransa-Türkiyə arasında İstanbulda keçiriləcəyi planlaşdırılan zirvə görüşünün sabahkı müzakirədə yer alacağını bildirib. Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin sabah Berlinə edəcəyi səfərlə bağlı açıqlama verib. O, Rusiya-Almaniya-Fransa-Türkiyə arasında İstanbulda keçiriləcəyi planlaşdırılan zirvə görüşünün sabahkı müzakirədə yer alacağını bildirib.

Putinin Berlin səfərindən öncə Merkeldən önəmli açıqlama - SON DƏQİQƏ

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinin sabah Berlinə edəcəyi səfərlə bağlı açıqlama verib. O, Rusiya-Almaniya-Fransa-Türkiyə arasında İstanbulda keçiriləcəyi planlaşdırılan zirvə görüşünün sabahkı müzakirədə yer alacağını bildirib.

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Almaniya kansleri dördtərəfli görüşün məqsədəuyğunluğunu vurğulayıb. O, bu zirvə üçün yaxşı hazırlıq görülməsi gərəkdiyini qeyd edərək buna görə də dəqiq tarix qoyulmadığını deyib.

Kansler tərəflərin bununla bağlı ön görüş keçirməsi və zirvənin faydasının olub-olmayacağının təsbit olunması üzərində çalışdıqlarını da bildirib.

Angela Merkel Rusiya ilə də əlaqələrin önəmini vurğulayıb, lakin sabahkı görüşdən o qədər də çox şey gözlənilməməsini qeyd edib.

Nurlan AĞA
AzNews.az