- Köhnə - Dünya
- 18 Avqust 2018 09:02
- 2 699
Venesuelada minimum əmək haqqı 60 dəfə artırıldı
Venesuela prezidenti Nikolas Maduro cümə günü "El Petro" kriptovalyutasının dəyərini və avqustun 20-dən ökədə yeni minimal əmək haqqının məbləğini açıqlayıb. Həmin gün Venesuela yeni, denominasiya edilmiş valyutaya – suveren bolivara keçəcək.
AzNews.az “Report”-a istinadən xəbər verir ki, Maduronun sözlərinə görə, bir "El Petro" 60 dollar (3,6 min yeni bolivar və ya 360 milyon denominasiya edilməmiş bolivar) təşkil edəcək.
Bununla belə, avqustun 17-də "qara bazar"da məzənnə 5,9 milyon köhnə bolivar olub. Hazırkı bolivardan 5 sıfır silinəcək.
Minimum əmək haqqının həcmi 1 "El Petro"nun yarısına qədər (yəni 1,8 min bolivar və ya 180 milyon köhnə bolivar) artırılacaq. Bu o deməkdir ki, minimum əmək haqqının həcmi təqribən 60 dəfə artmış olacaq. Hazırda minimum əmək haqqı 3 milyon bolivara bərabərdir.
Prezident həmçinin ölkədə ƏDV-nin 12-dən 16 faizədək artdığını elan edib.