Səudiyyə Ərəbistanının sərhəd kəndi olan Nəcrana raket atışı həyata keçirilib. Səudiyyə Ərəbistanının sərhəd kəndi olan Nəcrana raket atışı həyata keçirilib.

Yəmənin Ərəbistana atdığı raket havada partladılıb

Səudiyyə Ərəbistanının sərhəd kəndi olan Nəcrana raket atışı həyata keçirilib.

AzNews.az xarici mətbuata istinadən bildirir ki, Koalisiya Qüvvələri sözçüsü Türki əl-Maliki açıqlamasında Yəməndəki Husilərin Əmran vilayətindən Səudiyyə Ərəbistanının Nəcran vilayətinə ballistik raket atdıqlarını qeyd edib.

O, atılmış raketin hansısa bir ziyan vurmadan Koalisiya Qüvvələri tərəfindən havada zərərsizləşdirildiyini vurğulayıb.

Əl-Maliki həmçinin İranı da Husilərə dəstək verməsi əsası ilə ittiham edib.

Nurlan AĞA
AzNews.az