Ermənistan parlamentinin sabiq deputatı Vardan Bostanjyan ölkədə iqtisadi siyasətin mövcud olmadığı üçün, yeni hökumətin 100 günlük fəaliyyətini qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib. Ermənistan parlamentinin sabiq deputatı Vardan Bostanjyan ölkədə iqtisadi siyasətin mövcud olmadığı üçün, yeni hökumətin 100 günlük fəaliyyətini qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib.

“Ermənistanda iqtisadi siyasət yoxdur” - Vardan Bostanjyan

Ermənistan parlamentinin sabiq deputatı Vardan Bostanjyan ölkədə iqtisadi siyasətin mövcud olmadığı üçün, yeni hökumətin 100 günlük fəaliyyətini qiymətləndirməkdə çətinlik çəkdiyini bildirib.

AzNews.az xəbər verir ki. erməni iqtisadçı “Aysor” saytına danışarkən deyib:

“Əgər iqtisadiyyatı dərk edən hər hansı bir kəsdən Paşinyanın 100 günlük hakimiyyəti dövründə iqtisadiyyatda fərqli bir şeyin olub-olmadığını soruşsaq, təbii ki, “yox” cavabını verəcək. İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistanda qiymətlərin artması müşahidə olunur ki, bu da aşağı gəlirli əhalinin seqmentlərinə təsir göstərir. Bu gün ölkədəki adi bir qiymətartımı belə, əhalinin yaşayış şəraitini çətinləşdirir. Yeni hökumətin həyata keçirdiyi iqtisadi siyasətə gəldikdə isə, demək olar ki, bu gün ölkədə heç bir iqtisadi siyasətdən danışıla bilməz”.

Bostanjyana görə, hökumət, ehtimal ki, iqtisadi sahədə fəaliyyət göstərməyə cəhd edəcək. Ancaq hazırda iqtisadi siyasətimizin hansı istiqamətdə gedəcəyini aydın şəkildə bilmirik. Bunu yeni hakimiyyətdə təmsil olunan iqtisadçılar da etiraf edirlər:

“İqtisadi inkişaf, iş yerlərinin yaradılması, gəlirlərin mövcudluğu kiçik və orta sahibkarlığın inkişafı deməkdir və hazırda bu məsələləri həll etmək üçün Ermənistanda heç bir tədbir görülmür. Hökumət səlahiyyətlilərinin bəhs etdiyi böyük miqyaslı investisiyalar isə hələ də xəyal olaraq qalır. Unutmaq lazım deyil ki, iqtisadi inkişaf üçün investisiyalar çox vacibdir. İnvestorlar sərmayə qoyacaqları ölkədən daha çox koordinasiya tələb edirlər. Təmtəraqlı ifadələrlə ölkəyə investisiya cəlb edə bilməzsən. İnvestorlar investisiyalardan əvvəl sərmayə edilmiş maliyyə qaynaqlarını, bütün investisiyaları geri ala biləcəklərinə əmin olmalıdırlar. Ancaq Ermənistanda belə perspektivlər dumanlı, qeyri-müəyyən görünür”.
(palitranews.az)