Sergey Rumas Belarusun yeni baş naziri təyin olub. Sergey Rumas Belarusun yeni baş naziri təyin olub.

Lukaşenko ölkəyə onu baş nazir təyin etdi

Sergey Rumas Belarusun yeni baş naziri təyin olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bunula bağlı fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.

S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib.

O, hökumət başçısı vəzifəsində Andrey Kobyakovu əvəz edəcək. Həmçinin, ölkə başçısının fərmanı ilə İqtisadiyyat, Memarlıq və Tikinti, Rabitə və İnformasiya Nazirliklərinə və Dövlət Hərbi-Sənayə Komitəsinə yeni sədrlər təyin olunub.

Qeyd edək ki, Lukaşenko avqustun 14-dü hökumətin işini sərt tənqid edərək, bir neçə naziri işindən azad etmişdi.

AzNews.az