Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir.

19 avqust - Beynəlxalq Humanitar Yardım Günü

Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir.

AzNews.az-ın məlumatına görə, bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub.

Qeyd edək ki, təbii fəlakətlərdən əziyyət çəkən insanların sayı son on ildə artıb. Hər il təxminən 211 milyon nəfər təbii fəlakətlərin mənfi təsirinə məruz qalır.

Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.