"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar. "Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar.

Əfqanıstanda “Taliban”çılarla gərgin döyüşlər gedir

"Taliban" radikal hərəkatının silahlıları Əfqanıstanın şimalında, Künduz vilayətində 3 sərnişin avtobusunu qaçırıblar.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, sərnişinlərin xilas edilməsi üçün əraziyə qoşun göndərilib.

1TV telekanalı hazırda intensiv döyüş getdiyini bildirir.

Sərnişinlərin sayı dəqiqləşdirilir.

Qeyd edək ki, son günlərdə "Taliban" hərəkatının üzvləri fəallaşıblar. Əfqanıstan Prezidenti ötən gün "Taliban"la atəşkəs elan edib.

AzNews.az