- Köhnə - Dünya
- 20 Avqust 2018 16:17
- 4 315
“Paşinyan 100 günə bitdi” - Yeganə Hacıyeva
“Bildiyiniz kimi, Ermənistanda baş nazir Nikol Paşinyan hakimiyyətdəki “100 gün”ü ilə bağlı mitinq keçirdi. Bu miting bir gün öncə İrəvan küçələrində vətəndaşların Paşınyanın və Ermənistanin yeni hökümətinin əleyhdarları " teatr bitdi - çörək istəyirik " sloqanlı etiraz mitinqinə cavab olaraq keçirilmişdir və bu mitinq əslində onun narahatçılığının ifadəsidir”.
Bu son 100 gün ərzində Ermənistanın daxilində baş verənlərlə bağlı AzNews.az saytına danışan “Gənc Demokratlar” institutunun rəhbəri Yeganə Hacıyeva bildirib ki, hakimiyyətdə olduğu yüz gün ərzində o, sələflərinin beynəlxalq hüquq normalarını pozmaaı adət-ənənələrini davam etdirmişdir:
“Aprel ayında başlayan proseslərin nəticəsi olaraq mayın 15-də Paşinyan səs çoxluğunun istefa vermiş keçmiş prezident Sargisyan və onun mənsub olduğu Qarabag klanına aid olan Ermənistan parlamentini vasitəsi ilə baş naziri seçildi və artıq onun hakimiyyətdə 100-cü günü arxada qaldı. . Bu 100 gün ərzində etirazlar zamanı kifayət qədər Qərb dairələrindən maliyyə və digər formalarda dəstəklənən Paşınyan ermənistanın rəhbərliyinin 100 cü günlüyündə Rusiyaya daha çox səfər etmiş naş nazir kimi yadda qaldı . Öncə xüsusi qeyd etmək istədiyim bir məqam var , ABŞ kimi süper güc ölkəsində prezident seçkiləri və Konqresə aralıq seçkilərinə təsir etməyə çalışan , Avropada BREXİT, Katoloniya presedentləri ilə AB-nin bütövlüyünü şübhə altına sala bilən, beynəlxalq hesabatlara görə, hibrid üsullarla Avropadakı yüz illərlə oturuşmuş demokratik təsisatları yerindən oynada bilən Rusiyanın bütün dövlət müəsisələri ona məxsus olan , hərbi bazaları yerləşən Ermənistanda seçkini kiməsə güzəştə gedə biləcəyi ehtimalını ilk gündən qəbul etmirəm. Bu 100 hün ərzində . hələ etirazların pik vaxtında cəmiyyətdə və beynəlxalq dairələrdə Qərbpərəst kimi qələmə verilən Paşınyan iki dəfə özü, üçüncü dəfə isə xanımı Moskvaya səfər etdi. Səfərlərdə apardığı görüşlərin ana xəttini Ermənistanın Rusiya tərəfindən hansı səviyyədə dəstəklənməli olması haqqında , Rusiyanın tatixən Ermənistan dövlətinin qarantı olması və erməni xalqının bunun davam etməsini arzulaması haqqında mesajlar təşkil etdi. Qrud edim ki , etirazlar və küçədə proseslər davam edən dövrdə Sarkisyan hakimiyyətin Rusiya yönümlü olması haqqında manipulyasiya edən " qərbpərəst " Paşınyan bu tip mesajları beynəlxalq siyasi və analitik dairələrdə soyuq duş effekti yaratdı. Bütün bunların ardınca istər Paşınyan , istərsə də yeni hökümət nümayəndələri yüz gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməklə beynəlxalq hüququn pozma adət-ənənələrini davam etdirdilər. Onu da qeyd edim ki , özünün baş nazir kimi ilk mətbuat konfransını BMT nin işğal olunmuş Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarda keçirməsi , oğlunu başqa dövlətin əzrazisində ön cəbhəyə əsgərliyə göndərməsi bu 100 hün ərzində onum beynəlxalq hüquqa zidd olan hərəkətlər sərgilədiyinin növbəti sübut oldu.”
Y.Hacıyeva vurğulayıb ki, bu müddət ərzində Paşınyanın Ermənistan Azərbaycan Dağlıq Qarabağ konflikti ilə bağlı verdiyi mesajlar Cənubi Qafqaz kimi strateji bir regionda sülhün bərqərar olması üçün çalışan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həllində bütün maraqlı tərəfləri, nizamlayıcı missiya daşıyan beynəlxalq qurumları da dərindən narahat etdi. Beynəlxalq qurumlarda kuluarlarda Qarabağ klanı, hərbi cinayətkar Serj Sarkisyan hakimiyyətdən gedəndən sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktində gərginliyin aradan qalxacağı, hakimiyyətə gələn yeni qüvvələrin loyal ola biləcəyi, o cümlədən, Paşinyanın müəyyən kompromislərə gedə biləcəyi haqqında fikirlər mövcud idi. Baş nazir kimi ilk mətbuat konfransını başqa dövlətin ərazisində keçirməklə o, demokrat qılığına girmiş şəxs olduğunu və hərbi cinayətkar Serj Sarkisyandan heç bir fərqinin olmadığını sübut etmiş olub. Mətbut konfransında ona bu haqda sual verən xarici media nümayəndələrinə isə təzadlı cavablar verib. O, Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində formalaşmış qondarma Dağlıq Qarabağ rejiminin nümayəndələrinin danışıqlarda müstəqil tərəf kimi iştirakını israr edib. Paşinyanın bu mövqeyi ATƏT-in Minsk Qrupu çərçivəsində bütün razılaşmaların pozulması, münaqişənin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması, yenilənmiş Madrid prinsiplərinin şübhə altına alınması demək idi. Y.Hacıyeva Azərbaycan da daxil olmaqla hamını maraqlandıran və əsas məsələ olan Dağlıq Qarabağ probleminə də diqqət yönəldib: Bu 100 gün ərzində diqqətı çəkən məqamlardan birincisi əlbətdə yeni baş nazir Paşinyan və hökümətinin Azərbaycanla danışıqlar aparmağa konfliktin həlli baxımından konseptual yanaşmasının mövcud olmaması oldu. Ümumiyyətlə, Ermənistandakı yeni hakimiyyətin və şəxsən baş nazir Paşinyanın Dağlıq Qarabağ konfliktinin həllinə dair necə bir fikrinin olması haqqında ən səmimi fikri onun xarici siyasət üzrə müşaviri Arsen Xaratyan söyləyib.
A.Xaratyan Ermənistan İctimai Televiziyasına müsahibəsində yeni hakimiyyətin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair konseptual yanaşmasının mövcud olmadığını, ümumiyyətlə, Ermənistanda Qarabağla bağlı danışıqlardan çox az insanın məlumatlı olduğunu bildirib və bu üzdən də sabiq prezident Serj Sarkisyanın xüsusi nümayəndə kimi bu danışıqlarda iştirakını istisna etməyib. Yəni Paşinyan iqtidarı Dağlıq Qarabağ siyasətinin müəyyənləşməsində özlərinin devirdikləri S.Sarkisyanın ümidinə qalıb. Bu 100 gün ərzində daxildə gedən prosesləri analizi onu göstərir ki , "demokrat" Paşınyanın rəqiblərinin məxsus olduğu cəbhələrə qarşı güc nümayişi etməklə , həbslər aparmaqla rəqiblərini siradan çıxarmaq xəttini tutub.
Y.Hacıyeva Paşinyanın etdiyi həbslər barədə danışarkən qeyd edib ki, o həbslər heç də konstitusiyanı pozmuş və ya cinayət törətmiş, mənfi halların yaşanmasına səbəb olan insanlara cəzalandırmaq üçün deyil, sırf göz qorxutmaq üçün müəyyən dairələrlə hesablaşma cəhdidir. Paşinyan rəhbərliyi altında Ermənistanı kifayət qədər təklənmiş pozisiyaya saldı.” Daxildə gedən proseslərdən ən birincisi iqtisadi islahatlar adı ilə hakimiyyətinin 4cü on günlüyündə Ermənistanda qəbuı edilən bir sıra qanunlar və xüsusi ilə də enerji daşıyıcılarının qiyməti qalxması. ərzaq məhsulları bahalaşması ilə müşayət olundu və baş nazirliyini 79-cü gündə çörəyin qiymətində bahalaşma qeydə alındı. Paralel olaraq Paşinyanın hakimiyyətinin ölkəsindəki siyasi - iqtisadi qrupların İrana qarşı bərpa edilməsi nəzərdə tutulan sanksiyalardan yararlanması istiqamətində atmaq istədiyi addımlar nəzərə çarpır. Qeyd edim ki , bundan öncə İranla qarşı tətbiq olunan sanksiyalar zamanı , İranın sərhəd dövləti olan Ermənistan vasitəsi ilə bir sıra əməliyyatlar aparması haqqında faktlar mövcud olmuşdur. Hələ 2011 ci ildə bu faktlar haqqına ABŞ konqresində xüsüsi müzakirələrin təşkili nəzərdə tutulmuş , Erməni Milli Assambleyasının və Erməni Milli Komitəsinin birlikdə səyi nəticəsində bu müzakirələr qapalı şəraitdə keçirilmiş bə məhz bu faktın özü ABŞ da Serj Sarqisyana və hökümətinə qarşı güvən limitini tükəndirmişdir. Yeni Paşınyan hakimiyyətində də eyni trend müşahidə olunmaqdadır. Müharibə şəraitinin əsas gətirilərək yeni qüvvələrin lobbiçiliyi apardığı " sərhəd bölgələri və onların infrastruktur inkşafı " qanun layihəsinin ilkin analizi təhlükəsizlil təhlilçilərdə belə bir təəsürat yaratmışdır. Məhz bu məsələlər may ayında ABŞ da səfərdə olan ermənistanın yeni prezidentinin Pompeo ilə görüşündə müzakirə olunmuşdur.
Y.Hacıyeva Paşinyanın rəhbərliyi ilə Ermənistanda hal-hazırda siyasi səriştəsiz, təhlükəsizlik proseslərində təcrübəsiz, Ermənistan dövlətini şübhəli iqtisadi dairələrlə işbirliyinə təhrik edən populist bir baş nazir təsüratı bağışlayır və onun ölkə daxilində ilk 6 ay ərzində planlaşdırdığı proseslər cəmiyyət üçün çox gərgin proseslərlə müşayət olunacaq , ümumiyyətlə isə belə bir səriştəsiz personun, baş nazirlik postunda müddətin sonuna qədər qalmayacağı təəsüratı bağışlayır. Küçələrdə etirazlar pafosla idarə olunsa da , dövlət idarəçiyi xüsusi səriştə və təcrübə tələb edir. Bu isə Paşınyanda yoxdur .
Pərvanə AĞAZADƏ
AzNews.az